Get proxi

Jalüzləri istənilən an idarə edin.

İstənilən yerdən. Telefon vasitəsilə.

Jalüzlərin, örtülərin, ekranların məsafədən idarə edilməsi

Çox zaman rahat şərait yaratmaq üçün məkanda pərdələri və ya jalüzləri əllə tənzimləyərək təbii işıqlanmanı artırmalı və ya məhdudlaşdırmalı oluruq. Razılaşın ki, bunun üçün söndürücü axtarmaqdansa, işıq və kölgəni telefondan birbaşa idarə etmək xeyli rahat olardı. Proxi Shade bunu mümkün edir.

Proxi Shade – Proxi Shade radiomodulu rolletləri, jalüzləri, ekranları, örtüləri və pərdələri idarə etmək üçün nəzərdə tutulub. Cihaz montaj qutusuna yerləşdirilir və ikidüyməli əllə idarəetmə söndürücüsünə qoşulur. Modul universaldır və bazarda əlçatan olan cihazların geniş spektri ilə işləməyə imkan yaradır.

Ofisinizdə işıq və kölgəni idarəetmə. Və daha nələr…

Proxi Shade istifadəsi işıqlandırmaya nəzarətlə məhdudlaşmır. Məhsulun xüsusi üstünlüyü ekranların hərəkətini idarəetmə üçün istifadə imkanıdır. Hər şeyi nəzarətdə saxlayın! Telefon vasitəsilə ekranı idarə edərək effektiv təqdimatları asanlıqla və cəld keçirin.

Hər şeyi nəzarətdə saxlayın. Telefonunuzla ekranı idarə edin, bilavasitə təqdimata və asanlıqla və cəld keçin.

 
Proxi tətbiqetməsi vasitəsilə idarə edin

Proxi telefonunuzda universal məsafədən idarəetmə pultundan daha çox şey deməkdir. Bir neçə intellektual cihazın məsafədən dəstəklənməsinə əlavə olaraq, tətbiqetmədə həmçinin onların fəaliyyətinin monitorinqi keçirilir.

Texnologiyaların yaxınlığını hiss et. Əhatənə nəzarət et.

  • Sadə və intuitiv anlaşılan menyu
  • İdarəetməyə ani giriş
  • Cihazların kalibrovkası əlavədə.
  • İşıq axınının buraxılmasının faizlə göstərilməsi
  • İdarəetməsi mümkün olan bütün cihazlara baxış
  • Bir neçə istifadəçi üçün eynizamanlı giriş

Ətraflı

Xassələri

Universallıq

Proxi Shade istifadə edərək Siz rolletləri, jalüzləri, ekranları, örtüləri və pərdələri məsafədən idarə etməklə həm də söndürücü ilə idarə imkanını saxlayırsınız. Modul cihazların bazarda əldə edə biləcəyiniz geniş spektri ilə işləməyə imkan yaradır.

Keyfiyyət

Proxi Shade avtomatlaşdırma sahəsində 20 illik uğurlu təcrübəyə malik F&F şirkəti tərəfindən keyfiyyətə və etibarlılığa qoyulan yüksək tələblərə uyğun hazırlanmışdır.

Sadə quraşdırma.

Quraşdırma təmir işlərinə əlavə xərc tələb etmir. Proxi Shade montaj qutusuna quraşdırılır.

Texniki xarakteristikalar

QİDALANMA GƏRGİNLİYİ 230 В~ / 50 Hz
YOLVERİLƏN GƏRGİNLİK DİAPAZONU -20 %, +10 %
NOMİNAL İSTEHLAK OLUNAN GÜC 1 W
RADİOƏLAQƏ 2,4 HHz
SİQNAL GÜCÜ 1 mVt
ÖTÜRMƏ TİPİ Ikiistiqamətli
KODLAŞDIRMA var
RELELƏRİN SAYI 2
GİRİŞ 2 kontaktlı, L və N səviyyəsi ilə çevrilən
İDARƏEDİCİ CƏRƏYAN <= 1 mA
SAXLANMA TEMPERATURU -20 °C,+50 °C
İŞ TEMPERATURU 0 °C,+45 °C
RÜTUBƏTLİLİK <= 85% (su buxarlarının və aqressiv qazların kondensasiyası olmadan)
QABARİTLƏR 49 x 44 x 25 mm
MÜDAFİƏ DƏRƏCƏSİ IP 20
KORPUS TİPİ montaj qutusuna
QIZMAYA QARŞI MÜDAFİƏ var
AVTONOM İŞ var
Proxi Shade quraşdırılması

 Proxi məhsulu

Proxi Shade

-nizi quraşdırın

 App Store və ya Google Play- dən tətbiqetməni yükləyin

App Store və ya Google Play-

dən tətbiqetməni yükləyin

 Proxi tətbiqetməsi vasitəsilə intellektual evi

Proxi

ilə Ağıllı evinizi idarə etməkdən həzz alın

Qutunun içində nə var?
  • Proxi Shade modulu
  • Məhsul haqqında məlumat
  • Quraşdırılma təlimatı

Quraşdırılma təlimatı

Введите email в формате john@mail.com

© 2018 СООО "Евроавтоматика ФиФ"